Lənkəranda mobil operatorlardan birinin əməkdaşını elektrik cərəyanı vurdu
24
okt
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda elektrik cərəyanı vurma hadisəsi olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda qeydə alınıb.
Belə ki, mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Əmənovu elektrik cərəyanı vurub.
O ətrafda olan şəxslərin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəlilabad rayonunun 6 kəndində elektrik enerjisinin verilişi dayandırılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun bir sıra yaşayış məntəqələrində ya...