Lənkəranda istehsal obyektində nöqsanlar aşkarlanıb
Lənkəran rayonunun Şürük kəndində fəaliyyət göstərən, Əntiqə Qəhrəman qızı Rəhimovaya məxsus təndirxanada yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, istehsal obyektində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıq və ləvazimatların gigiyenik səthə malik olmadığı və korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, obyektdə istehsal sahəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda idman qidaları ilə bağlı fitness zallarında reyd keçirib, qanunsuzluqlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən fitness zallarında reyd keçirib. Bu barədə BAKU.WS-ə qurumdan məlumat verilib. Bildirilib ki, mo...