Lənkəranda hotel işçilərinə kəsici alətlə xəsarət yetirməklə quldurluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən 49 yaşlı Xalıq Cahangirov saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki hotellərin birində baş verib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cahangirovun hotelin inzibatçısı olduğu məlum olub. Belə ki, sözügedən şəxs hoteldə çalışan iki qadına kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib.
Araşdırmalarla məlum olub ki, X.Cahangirov tanınmaması üçün əvvəlcədən iş yerində gizlətdiyi maska və geyimlə kamuflaj olaraq həmin hadisəni törədib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...