Lənkəranda avtomobildən min ədəd narkotik tərkibli həb aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda polis əməkdaşları tərəfindən saxlanılan əvvəllər məhkum olunmuş 48 yaşlı Ceyhun Ağayevin narkotiklərin təsiri altında olmasına dair şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Müayinə zamanı sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəqliyyat vasitəsinə baxış zamanı isə avtomobildən əlavə olaraq 1000 ədəd psixotrop tərkibli metadon həbi, tiryək və marixuana aşkarlanıb. Araşdırma zamanı C.Ağayevin əldə etdiyi narkotiklərin satışını təşkil etmək üçün Lənkəran şəhərinə gətirdiyi müəyyən edilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsi də cinayət işi başlanılıb, C.Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...