Lənkəranda avtomobil yeniyetmə velosipedçini vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda avtomobil 12 yaşlı velosipedçini vurub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Lənkəran-Baradigah yolunun Şağlaser kəndindən keçən hissəsində baş verib.
Belə ki, Şağlaser kənd sakini, 2010-cu il təvəllüdlü Şahmurad Şahlar oğlu Əzimovu velosipedlə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Mürşüd Dadaş oğlu Əhədovun idarə etdiyi “Niva” markalı avtomobil onu vurub.
Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ş.Əzimova sağ bazunun kəsilmiş yarası diaqnozu qoyulub və o əməliyyat edilib.
Hadisəyə səbəb kimi avtomobilin idarəetmədən çıxaraq səkiyə çıxdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Etdiyin yanlış bağışlanmazdır" - Azərbaycanlı "qanuni oğru" niyə intihar etdi?
Bir neçə il öncə məşhur azərbaycanlı “qanuni oğru” Kiyev hava limanında intihar etdi.BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, o zaman bu ölüm epizodu ist...