Lənkəranda avtomobil qəzası baş verib, sürücü ölüb
Lənkəranda avtomobil qəzası nəticəsində bir nəfər ölüb.
BAKU.WS "Report"a istinadən xəbə verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonunun Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayev idarə etdiyi "VAZ-2106" markalı avtomobili ağaca çırpılıb.
Qəza nəticəsində o, hadisə yerində ölüb. Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumata görə, sürücünün sükan arxasında ürəyi tutub və avtomobil idarəetmədən çıxıb.
Ölümün dəqiq səbəbləri isə ekspertiza rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib
Azərbaycanda Milli Qvardiyanın yaradıcısı və ilk komandanı olmuş polkovnik Azər Bahadur oğlu Babayev vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu b...