Lənkəranda avtomobilin kanala aşması nəticəsində xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI

Lənkəranda avtomobilin kanala aşması nəticəsində xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI
Hadisə 35

Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Şağlaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üçü qadın, üçü kişi olmaqla xəsarət alan altı nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin olunub.

Xəsarət alan qadınlardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda bildirilir.

*** 09:35

Lənkəran rayonunda avtomobil yoldan çıxaraq aşıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, rayonun Qurumba kəndi ərazisində Lənkəran şəhəri istiqamətində hərəkətdə olan "Audi Q -7" markalı minik avtomobili idarəetmədən çıxaraq öncə yol kənarındakı qaz borusuna çırpılıb, daha sonra suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar - 1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova, 2019-cu il təvəllüdlü R. Qurbanov, 1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov, 2014-cü il təvəllüdlü F.Qurbanov, 1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova və 1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıblar.

Onlara ilkin tibbi xidmətlər göstərildikdən sonra müalicələrin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Lənkəranda avtomobilin kanala aşması nəticəsində xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI

Son xəbərlər