Lənkəranda avtomobilin vurduğu 8 yaşlı uşağın vəziyyəti qənaətbəxşdir
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran şəhərində baş vermiş piyada vurma hadisəsi nəticəsində bir azyaşlı qız bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib.
Məlumata görə, yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.
***15:51
Lənkəran rayonunda avtomobil 8 yaşlı uşağı vurub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində qeydə alınıb.
Məlumata görə, avtomobil 2017-ci il təvəllüdlü Rüqəyya Ramal qızı Şərifovanı vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...