Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra öldü

Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra öldü
Hadisə 407

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib. İlkin məlumata görə, kənd sakini Hüseyn Rəşad oğlu Kazımova müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər