Lənkəranda 38 yaşlı BƏƏ vətəndaşı ölüb
Lənkəranda Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan şəxs ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhər ərazisində baş verib.
Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhər sakini 1988-ci il təvəllüdlü Mustafa Alı Muhammad Nasser Lənkəran şəhərində yaşadığı ünvanda ölüb.
Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
İlkin məlumata görə o yuxusuzluqdan əziyyət çəkirmiş və bunun üçün dərman qəbul edib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu...