Lənkəran sakini qardaşını bıçaqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda qardaş-qardaşı bıçaqlayıb.
"Report"un cənub bürosunun məlumatına görə hadisə şəhər ərazisində baş verib.
Belə ki, qardaşı tərəfindən bıçaqlanan Lənkəran rayonu Şilavar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Dərhal əməliyyat olunub. Aparılan araşdırmalar nəticəsində hadisənin ailə münaqişəsi zəminində Lənkəran rayon Şilavar kənd sakini, zərərçəkənin qardaşı Amil Əliyev tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"Dedi ki, ifritlər onu yatırdıb, telefonundan qadınlara pornovideo göndərib" - CİNAYƏT İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə özünü "12-ci imam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirlənd...