Las-Veqası qana boyayan milyonçunun dəhşətli cinayəti: 59 ölü, 500-dən çox yaralı (VİDEO)
03
okt
2017
09:21
ABŞ-ın Las-Veqas şəhərindəki konsert zamanı silahlı insident baş verib. BAKU.WS-in məlumatına görə, 64 yaşında ABŞ vətəndaşı 59 nəfərin ölümünə və 500-dən çox adamın yaralanmasına səbəb olub. Las-Veqas polisi bildirib ki, yaralılardan bəzilərinin vəziyyəti ağırdır və ölü sayının artacağı deyilir. Polis, Nevada ştatındankı dəhşətli cinayəti törədən şəxsin 64 yaşlı Stefen Paddok adlı vətəndaş olduğunu açıqladı. Məşhur müğənni Cason Aldean səhnəyə çıxdıqdan sonra konsert ərazisinə toplaşan insanlara silahla atəş açan şəxs ABŞ tarixinin ən qanlı cinayətlərindən birini törədib. Paddokun 32-ci mərtəbədəki otağından 10-dan çox silah və sursat ələ keçirilib. Cinayətkar şəxsin multimilyoner olduğu bildirilib. ABŞ prezidenti Donald Tramp silah almaq hüququ ilə bağlı qanunun müdafiəçilərindən biridir. Hücumun baş verdiyi Nevada ştatı ən çox silah satışı olan ştatlar arasındadır. Bu ştatda silahın qeydiyyatı aparılmır və bu ticarətə ciddi nəzarət yoxdur. Bu silahlı hücum ABŞ-da ən çox ölümə səbəb olan silah hücumdur. Ötən il Orlando şəhərindəki bir gecə klubuna təşkil edilən silahlı hücumda 49 adam həlak olmuşdu. Qeyd edək ki, İŞİD terror hadisəsini öz üzərinə götürüb. Ancaq ABŞ-ın Federal Təhqiqatlar Bürosu bu məlumatı təkzib edib. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Las-Veqasda atışmada ölənlərin sayı 58 nəfərə çatıb
Amerika polisinin məlumatına görə, Las-Veqasda baş vermiş hadisə nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. Başqa mənbələrə görə, 59 nəfər ölüb. Daha 515 nəfər...