Münhendəki dəhşət anbaan kameralara düşdü (VİDEO)
İyulun 22-də Münhendə ticarət mərkəzində ətrafındakı şəxslərə atəş açan silahlı şəxsin kimliyi müəyyənləşdirilib.
BAKU.WS xarici mətbuata istinadən məlumat verir ki, bu haqda Münhen şəhər polisinin nümayəndəsi mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, insanlara atəş açan şəxs iran əsilli Almaniya vətəndaşıdır. Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Münhen şəhər polis rəisi Xubertus Andre isə jurnalistlərə açıqlamasında həmin şəxsin ikili vətəndaşlığı olduğunu deyib. X. Andre həmin şəxsin 18 yaşı var. İran və Almaniya vətəndaşı olan cinayətkar 10 ildir Münhendə yaşayır.
BAKU.WS
Oxşar xəbərlər
Münhendə atışma: 15 ölü - VİDEO
Almaniyanın Münhen şəhərində Ticarət Mərkəzlərindən birində odlu silahdan açılan atəş nəticəsində ən azı 15 nəfər həlak olub. BAKU.WS Reuters-ə istinadən xəbər...