Bakıda avtobusda sürücü və sərnişinlərə silah çəkən şəxsin KİMLİYİ BİLİNDİ (VİDEO)

19
avq
2017
10:59
Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib. BAKU.WS xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub. Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür. BAKU.WS

Oxşar xəbərlər
Bakıda mağazaya hücum edən mühafizəçilər saxlanıldı - RƏSMİ (VİDEO)
Daxili İşlər Nazirliyi Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasında baş verən qarşıdurma ilə bağlı yayılan məlumatlara münasibət bildirib....