Lapşini gətirmək üçün Belarusa əməliyyat qrupu YOLLANDI - FOTO
Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq qrupu bloqqer Aleksandr Lapşini Bakıya gətirmək üçün xüsusi reyslə Minskə yola düşüb.
BAKU.WS virtualaz.org-a istinadən bildirir ki, yaxın saatlarda qalmaqallı bloqqerin əlləri qandallı Bakıya gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşin barədə çıxardığı qərar açıqlanıb. Ali məhkəmə bloqqerin vəkillərinin onun Azərbaycana ekstradisiyasına dair qərardan verdikləri şikayəti təmin etməyib. Beləliklə, İsrail və Rusiya vətəndaşlığını daşıyan bloqqerin Azərbaycana verilməsi qərarı qüvvəyə minib. Onun elə bu gün Bakıya yola salınacağı gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Lapşin İlham Əliyevdən üzr istədi
Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Azərbaycanın tələbi ilə Minskdə saxlanılan bloger Aleksandr Lapşin Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəyib....