İlanlarla bir yerdə yaşayan ailə: "Gecələr yata bilmirik" - VİDEO
Oğuz rayonunun Padar kəndində bir ailə ilanlarla birlikdə yaşayır.
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, Padar kənd sakini Çəmşir Ələsgərovun ailəsi artıq bir neçə ildir ilanlarla birlikdə yaşayır.
Ələsgərovlar bir neçə il öncə evlərində ilana rast gəlib, daha sonra onların sayının getdikcə artdığını görüblər. İlandan canlarını qurtarmağa çalışsalar da, heç bir faydası olmayıb. Nə qədər qorxulu olsa da, illərdir evlərini ilanlarla paylaşan Çəmşir Ələsgərov çıxış yolu tapa bilmir: "İlan orada yatıb. Dünən birini burada, birini də qapının ağzında öldürmüşəm, biri də orada yatıb".
Çağırılmamış qonaqlarla bağlı kənd bələdiyyəsinə də dəfələrlə müraciət edən kənd sakini hələlik heç bir nəticə əldə edə bilməyib: "Nəvələrim, gəlinim, oğlum həyəcan içindədir. Yata bilmirik. Qapı-baca doludur ilanla".
2 metrə qədər uzunluğu olan ilanların zəhərli olduğu ehtimal olunur. İndi Ələsgərovlar ailəsinin yeganə ümidi məsələnin ciddiliyini nəzərə alaraq mütəxəssislərin əraziyə baş çəkməsinə qalıb.
BAKU.WS
Oxşar xəbərlər
İlanlar sürü halında evlərə hücum etdi - Göyçayda
Göyçay rayonunda sürü halında üzə çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub. BAKU.WS İstipress-ə istinadən xəbər verir ki, azın ilk günlərində...