Laçında minaya düşən şəxslərdən biri ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Laçında minaya düşən şəxslərdən biri ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Suarası kəndi ərazisində kəndində təmir tikinti işləri aparan zaman minaya düşən Elsevər Həmidov müalicə aldığı xəstəxanada ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, ötən gün Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Laçında 2 nəfər minaya düşərək xəsarət alıb - YENİLƏNİB
Oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. L...