Laçında işləyərkən minaya düşən fəhlə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Laçında minaya düşən şəxs vəfat edib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib.
İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.
Dağ Kəsəmən kənd icra nümayəndəsi faktı oxu.az-a təsdiq edib. O bildirib ki, P.Salahov bu gün Dağ Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə məlumat verilib.
Oxşar xəbərlər
Laçında fəhlə minaya düşüb
Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya dü...