Laçında fəhlə minaya düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Laçın rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Sevgilisini öldürən: “Pərvinin meyiti evdə ola-ola, anamı ad gününə apardım”
Ötən ilin fevralın 19-da Gəncədə ondan ayrılmaq istəyən sevgilisini öldürərək tullantı qutusuna atan 21 yaşlı Sərdar Cəfərov dəhşətli qətlin detalları, meyiti i...