Laçında 2 hərbçimiz minaya düşdü

Laçında 2 hərbçimiz minaya düşdü
Hadisə 233

2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə Qubadlı hərbi prokurorluğundan bildirilib.

Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər