Kürdəmirdə 19 yaşlı ana doğuş zamanı ölüb
21
fev
2019
23:21
Kürdəmir rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, rayonun 19 yaşlı Carlı kənd sakini Nuranə Sədrəddin qızı Novruzova bu gün saat 14:00 radələrində doğuş sancıları ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğuş şöbəsinə yerləşdirilib.Saat 16:30-da isə doğuş baş tutub və ana 3,4 kq-lıq oğlan uşağı dünyaya gətirib. Doğuşdan təqribən 15-20 dəqiqə sonra anada boğulma halı baş verib. Həkimlər onu reanimasiya etmək istəsələr də, Nuranənin həyatını xilas etmək mümkün olmayıb.Hadisənin hansı səbəbdən baş verməsi ekspertin rəyindən sonra aydın olacaq.Kürdəmir RMX-nin baş həkimi Eynulla Novruzov "Report"a bildirib ki, Nuranə xəstəxanaya daxil olarkən səhhəti normal olub və doğuş normal həyata keçirilib.Yeni doğulan körpənin vəziyyəti normaldır. Son 26 ildə Kürdəmir RMX-da ana ölümü baş verməyib.Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda körpə doğuş zamanı öldü
Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğ...