Kürdəmirdə qətl hadisəsi törədilib
12
may
2020
23:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.
Şilyan kənd sakini, 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlu naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə hamilə qadın güllələnib
Kürdəmir rayonunda silahlı insident olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb....