Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var

Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var
Hadisə 298

Kürdəmir rayonunda yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Adil Səmid oğlu Babayevin idarə etdiyi yüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə miroavtobusun sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Üç yaralı sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mikroavtobus aşdı - Xəsarət alanlar var

Mikroavtobus aşdı - Xəsarət alanlar var

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında...

263 Hadisə 09:36 10 yanvar 2020

Son xəbərlər