Kürdəmirdə əməliyyat - “Motu”nu tutdular - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmir rayonunda “Motu” ləqəbli oğru saxlanılıb.
BAKU.WS "report”a istinad xəbər verir ki, Kürdəmir rayon sakinləri Əlişiraz Cəfər oğlu Abbasov və Məhəmməd Abdulqadir oğlu Gərayev rayon polis şöbəsinə müraciət edərək onlara məxsus ərzaq mağazasından oğurluq edildiyini bildiriblər.
Belə ki, naməlum şəxs qapını sındıraraq bir mağazadan 1700 manat dəyərində ərzaq məhsulu və 300 manat aparıb.
Eyni zamanda digər mağazanın tavan hissəsindən daxil olaraq 1000 manatlıq ərzaq məhsulunu oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmr rayonunun Atakişili kənd sakini, 1983-cü il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Ramal Sədaqət oğlu Şirinov şübhəli şəxs qismində saxlanılıb. O, ilkin dindirmə zamanı əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda keçmiş məhkum bıçaqlanıb
Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 20-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alı...