Bakıda keçmiş məhkum bıçaqlanıb

Bakıda keçmiş məhkum bıçaqlanıb
Hadisə 352

Bakıda 41 yaşlı kişini bıçaqlayan gənc saxlanılıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 20-də paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ş.Yusifov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş M.İmaməliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb

Xətai rayonunda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlu...

338 Hadisə 14:27 12 dekabr 2019

Son xəbərlər