Kürdəmirdə baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 2-nə keçən gecə Kürdəmirdə baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Ağsu-Kürdəmir-İmişli yolunun Təklə kəndindən keçən hissəsində qəzaya uğrayan “Mercedes-Benz” markalı mikroavtobusdakı şəxslər toydan qayıdırmışlar.
Belə ki, mikroavtobusun sürücüsü, 64 yaşlı Elman Əşrəfov həyat yoldaşı Firəngiz Əşrəfova və dayısı oğlu Niyaməddin Ağayevlə birlikdə Kürdəmirin Pirili kəndində, qohumunun evində keçirilən məclisdə iştirak ediblər. Daha sonra onlar yaşadıqları Ağsunun Qaradağ kəndinə qayıdarkən ağır qəza baş verib.
Mikroavtobusun əks istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində E.Əşrəfovla dayısı oğlu aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar. E.Əşrəfovun həyat yoldaşı isə ağır xəsarətlər alıb. O, təcili yardım maşını ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə nəticəsində “KamAZ”ın sürücüsü, Şəki rayon sakini Faiq İsmayılov da xəsarətlər alıb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda Dəhşətli QƏZA: Mikroavtobus “KamAZ”la toqquşub: Ölən var - FOTO
Kürdəmirdə ağır yol qəzası baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində q...