Kürdəmirdə ağır qəza - Xəsarət alanlar var - FOTO

Kürdəmirdə ağır qəza - Xəsarət alanlar var - FOTO
Foto
Hadisə 98

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin sürücüsü, Yevlax rayon sakini 48 yaşlı Xəlil Xəlilov Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı sürücü və onun sərnişini 44 yaşlı Mingəçevir sakini Əhmədzadə Rəşad Nizami oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazlrda faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər