Kürdə suyun səviyyəsi sürətlə artır - FOTO

12
may
2022
20:37
Kürdə suyun səviyyəsi sürətlə artır.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, çayın aşağı axınında suyun səviyyəsi sürətlə artmaqda davam edir. Bu daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur.
Təkcə bu gün Kürdə suyun səviyyəsi 20 santimetr artıb. Son 12 gündə isə çayda suyun səviyyəsi 3, 1 metr qalxıb.
Kür qırağında quraşdırılmış su nasos stansiyaları tam gücü ilə işləyir. İndiki halda su ilə bağlı ciddi problem yoxdur.
Mütəxəssislər hesab edir ki, bundan sonra da çayda suyun səviyyəsinin artımı gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Kürün udduğu nişanlı qız, lilə batmış dörd yaşlı Hüseyn: Çayda boğulan bacı-qardaş - FOTO
9 aprel tarixində Kürdə batmış bacı-qardaş, 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun evindən repo...
