Kür çayında problem: Bir sıra şəhər və rayonlarda su olmayacaq
28
iyl
2020
14:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yağıntı və dağ çaylarında baş verən daşqınlar səbəbindən Kür çayında bulanıqlığın səviyyəsi artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, gün ərzində Şirvan və Hacıqabul şəhərlərinə, Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən qidalanan kəndlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Oxşar xəbərlər
Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb - AÇIQLAMA
Bakının Yasamal rayonu ərazisində içməli suyun verilişi dayandırılıb. BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı redaksiyamıza vətəndaşlar tərəfindən müraciət olu...