Külək İsmayıllıda 100-dən artıq ağac kökündən çıxarıb - FOTO

Külək İsmayıllıda 100-dən artıq ağac kökündən çıxarıb - FOTO
Foto
Hadisə 672
“Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub”. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.Onun sözlərinə görə, mayın 19-da İsmayıllı rayonunda baş vermiş güclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb: “Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”.Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcəyi barədə xəbərdarlıq edib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər