Külək faciəyə SƏBƏB OLDU: "TIR" aşdı, sürücünün qolu amputasiya edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qazax şossesində güclü külək qəzaya səbəb olub.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.
Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi “MAN” markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib.
Bu zaman ağır tonnajlı yük avtomobili aşıb.
Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...