Külək evin hasarını aşırdı, 1 uşaq ölüb, ikisi yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarının üzərlərinə aşması nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Evinə qonaq gələn şəxsi balta ilə öldürdü - VİDEO
2019-cu il aprelin 28-i əvvəllər dəfələrlə məhkum olunan Ruslan İlyasov aralarında yaranmış mübahisə zamanı evinə qonaq gəlmiş Sergey Musayevi öldürüb. İstintaq...