Küçədə itə balta ilə işgəncə verdi - Ürəyi zəif olanlar BAXMASIN - YENİLƏNİB - VİDEO

Küçədə itə balta ilə işgəncə verdi - Ürəyi zəif olanlar BAXMASIN - YENİLƏNİB - VİDEO
Video
Hadisə 1091

Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.

***16:53

Küçədə itə işgəncə verən şəxslə bağlı polis hərəkətə keçib.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məlumat verib.

"Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək, - deyə o bildirib.

***16:12

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Dsk yolu" adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:

"Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi".

Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlamışıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər