Krasnoyarsk-Bakı reysinin 20-dən çox sərnişini təyyarədəki nasazlığa görə uçuşdan imtina edib
Rusiyanın "İrAero" aviaşirkətinin Krasnoyarsk-Bakı reysini yerinə yetirən təyyarəsinin kondisioner sisteminin təmirindən sonra uçuşa hazırlıq zamanı zolaqda mühərriki sönüb.
Bu barədə "Report" Krasnoyarskın TVK televiziya kanalına istinadən xəbər verir.
Məlumata görə, İO 473 nömrəli reys yerli vaxtla saat 07:25-də yola düşməli idi.
Şahidlərin sözlərinə görə, təyyarənin təmiri səbəbindən sərnişinlər hava limanında təxminən iki saat saxlanılıb. Daha sonra onlar yenidən eyni təyyarəyə mindirilərək uçuş zolağına çıxıblar, lakin təyyarənin mühərriki sönüb.
Hava limanının mətbuat xidmətindən bildirilib ki, hava gəmisində həqiqətən texniki nasazlıq olub və bu aradan qaldırılıb. Saat 13:55-də uçuş zolağında hərəkət edərkən təyyarə saz vəziyyətdə olub, lakin beş nəfərlik ailənin uçuşdan imtina etməsi səbəbindən geri qayıdıb.
Bununla belə, yekunda təyyarə yenə də uçuşu həyata keçirib, lakin 22 sərnişin uçuşdan imtina edib.
Oxşar xəbərlər
16 yaşlı gəncin ərindən boşanan bibisi qızı ilə sevgi macərası: "Bıçağı götürüb ona zərbə vurdum"
Lənkəran rayonunda 2007-ci il təvəllüdlü Təhməz sevgi münasibətində olduğu qohumu Laləyə (adlar şərti verilib - red.) xəsarət yetirib. BAKU.WS Teleqraf.com-a is...