Koronavirus xəstəsi oğluna evində toy etmək istədi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozması, yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil etməsi və beləliklə məclis iştirakçılarının sağlamlığını ciddi təhlükəyə atması aşkar edilib.
Polis əməkdaşları dərhal həmin ünvana gələrək qanunamüvafiq tədbirlər həyata keçirib. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib.
Toy polis əməkdaşları tərəfindən təxirə salınıb.
Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...