Koronavirus xəstəsi küçədə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhər sakini Niyaməddin Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
N.Əliyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.
Oxşar xəbərlər
Toyda iştirak etmək istəyən koronavirus xəstəsi aşkarlanıb - VİDEO
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ş...