Kişi üç uşaq anası olan sevgilisini evində döydü
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Zaman Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Zaman Cəfərovun barəsindəki cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.
İttihama görə, hadisə 2024-cü il aprelin 5-də gecə saat 23 radələrində Abşeron rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Zaman Cəfərov qeyri-rəsmi ər-arvad münasibətində olduğu sevgilisi, özündən yaşca böyük olan 3 uşaq anası Nərmin Səfərovanı (şərti) qadının yaşadığı evdə döyüb. Buna səbəb zərərçəkmişin ondan ayrıldığını, münasibətlərinin pozulduğunu deməsi olub. Nəticədə Zaman Nərminə hücum edərək qəsdən onun hər iki əl, qol nahiyələrindən tutub sıxıb, ardınca əl, yumruq zərbələri ilə sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub.
Hadisədən sonra qadının şikayəti ilə Zaman Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Oxşar xəbərlər
Bakıda gənc müğənni otelə apardığı xanım həmkarını niyə DÖYDÜ?
Bakının Binəqədi rayonunda 1995-ci il təvəllüdlü Camal Axundov tanışı Nərminə (adlar şərtidir – red.) xəsarətlər yetirib. BAKU.WS bizim media-ya istinadən xəbər...