Kişi əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında vəhşicəsinə öldürdü
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda 35 yaşlı qadın qətlə yetirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir.
Hazırda qadının meyiti müayinə olunması üçün Şirvan morquna yerləşdirilib. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.
Məlumata görə, E.Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 34 yaşlı şəxs bıçaqlanaraq qətlə yetirildi - FOTO - YENİLƏNİB
Qazaxda 34 yaşlı kişi qətlə yetirilib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin stadion adlanan ərazisində baş verib.Rayon sakini 1986-...