Kikboksinq Federasiyasının vitse-prezidenti 10 milyonluq dələduzluğa görə nəzarətə alınıb? - AÇIQLAMA
18
yan
2019
17:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Aydın Əhmədov 10 milyon AZN dəyərində dələduzluqda ittiham edilir.
BAKU.WS xəbər verir ki, “news24.az”a daxil olan xüsusi mətumata görə, o, bir neçə gündür Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nəzarətə götürülüb.Əldə olunan məlumata əsasən A.Əhmədov sözügedən məbləği bir neçə insandan alıb və qaytarmayıb. Buna görə də ona pul verən şəxslər haqqında şikayət ediblər. Bu səbəbdən araşdırmalar aparılıb və nəticədə A.Əhmədov gözaltına alınıb.Məsələ ilə bağlı aidiyatı qurumlarla əlaqə saxlamağa çalışsaq da cəhdimiz boşa çıxdı.Faktla bağlı araşdırmalar davam edir.Əhmədovun şəxsi köməkçisi BAKU.WS-ə bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur. "Aydın Əhmədov heç bir dələduzluqda ittiham olunmur. Bu onun işlərində gözü götürməyən insanların yaydığı yalan xəbərdir. Aydın Əhmədov azadliqdadir. Çünki haqqında heç bir şikayət yoxdur. Aydın Əhmədov günü bu gün öz büdcəsi ilə bütün işlərini görür. Bir çox xeyriyyə tədbirlərində imkansızlara el tutub". Xatırladaq ki, Aydın Əhmədov həmçinin Suraxı r-nu YAP Gənclər Təşkilatının da sədridir.BAKU.WS
Oxşar xəbərlər
Xəyal Əhmədov Almaniyada inamlı qələbə qazandı - VİDEO
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu b...