Kişi oğurladığı qızılları banka girov qoyub kredit götürdü - FOTO

Şəmkir rayonunda oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, rayonun Qədimqala kənd sakininin mənzilindən qızıl oğurlanıb.
Ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən zərərçəkənin qonşusu - 22 yaşlı Salman Qurbanzadə saxlanılıb.
O, ilkin dindirmə zamanı oğurladığı qızılları Şəmkir şəhərində banklardan birinə girov qoyaraq pul götürdüyünü və həmin pulu xərclədiyini bildirib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
İstintaq tədbirləri davam etdirilir.
BAKU.WS

Oxşar xəbərlər
Bakıda sexdən 20 min manatlıq qızıl əşyalar oğurlanıb
Bakıda sexdən 20 min manatlıq qızıl əşyalar oğurlanıb.DİN-dən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarını...
