Şəkidə iş başında ölən həkimin qətlə yetirildiyi məlum oldu - TƏFƏRRÜATLAR
02
iyl
2018
14:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarət olması bildirib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda həkim iş başında öldü
Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin həkimi iş başında qəfildən ölüb. Onun döyülərək aldığı xəsarətdən öldüyü ehtimal olunur.BAKU.WS...