Azərbaycanda kişi arvadı və qaynı tərəfindən daşla öldürülüb - DƏHŞƏT

Azərbaycanda kişi arvadı və qaynı tərəfindən daşla öldürülüb - DƏHŞƏT
Hadisə 1463
Qəbələ rayonunda itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.Belə ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Kürdəmirdə törədilmiş qətlin üstü açıldı

Kürdəmirdə törədilmiş qətlin üstü açıldı

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir...

2712 Hadisə 21:31 29 avqust 2017

Son xəbərlər