İki yaşlı uşaq diqqətsizliyin qurbanı olub - TƏFƏRRÜAT
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvanda iki yaşlı uşağın 8-ci mərtəbədən yıxılaraq vəfat etməsi hadisəsinin təfərrüatı üzə çıxıb.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərdə məcburi köçkünlər üçün salınmış yaşayış massivindəki çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılan 2020-ci il təvəllüdlü Ömər Sakit oğlu Səmədov diqqətsizliyin qurbanı olub.
Belə ki, ilkin araşdırmalar zamanı azyaşlının evin qapısından binanın dəhlizinə çıxması və pilləkənin kənarındakı məhəccərin dəmir barmaqlıqlarının arasından 1-ci mərtəbəyə yıxılması məlum olub. İki yaşlı uşaq dərhal xəstəxanaya çatdırılıb və bir neçə saat ərzində ona tibbi yardımlar göstərilsə də, vəfat edib.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
"Qoca"nın qaçışı ilə bağlı maraqlı detallar: gecə qatarda baş verənlərin bütün TƏFƏRRÜATLARI
Bakıda dustaqların qaçması ilə bağlı yeni məqamlar üzə çıxıb.Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun koman...