İki nəfər Bakı sakinini təkləyib soyğunçuluq etdi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayonunda soyğunçuluq edən Sumqayıt şəhər sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun 200 manat dəyərindəki mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri - 2001-ci il təvəllüdlü Vüqar Məmmədov və 1992-ci il təvəllüdlü Ceyhun Bəylərov saxlanılıblar.
Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri əraziyə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...