İki dost qadına qarşı soyğunçuluq etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda qadına qarşı soyğunçuluq edilib.
BAKU.TV xəbər verir ki, vətəndaş İlhamə Məmmədova Mehdiabad polis bölməsinə ərizə ilə müraciət edərək ona qarşı soyğunçuluq edildiyini bildirib.
Dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Təhlükəsiz şəhər kameraları ilə həmin şəxslərin hadisə zamanı istifadə etdikləri avtomobil müəyyən edilib.
İsti izlərlə 34 yaşlı Fərid Əliyev və tanışı 28 yaşlı Göyüş Vəliyev tutulublar. Araşdırma zamanı məlum olub ki, hadisəni Göyüş Vəliyev törədib.
İçərisində 810 manat pul və bank kartları olan çantanı götürərək aradan çıxıb. Hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Kənddə 2 azyaşlıya qarşı BİABIRÇI HƏRƏKƏT: əllərini bağladı, soyundurdu, zorladı... - Azərbaycanda ŞOK
Samux rayonunda azyaşlıya təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Fərid Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti veril...