"Kəşfiyyatçı Xanı" minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub
Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.
Məlumata görə, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***19:03
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ağdam rayonun Mirəşelli kəndi ərazisində, keçmiş neytral sahədə baş verib.
Hazırda S. Əhmədovun nəşinin götürülməsi üçün işlər aparılır.
Oxşar xəbərlər
Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırm...