Kəramət Böyükçöl Baş Prokurorluğa niyə çağırılıb? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Yazıçı Kəramət Böyükçöl şahid qismində dindirilməsi üçün Baş Prokurorluğa çağırılıb.
Bu barədə BAKU.WS-ə qurumun Mətbuat Xidmətindən bildirilib.
"Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.
Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.
İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
DİN-dən Kəramət Böyükçölün saxlanılması ilə bağlı daha bir AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə gənc yazar Kəramət Böyükçölün respublikanın rəhbər şəxsləri barəsində səsləndirdiyi xoşagəlməz ifadələrə görə saxlanıl...