Kemerov vilayətinin vitse-qubernatoru diz çökərək üzr istədi (VİDEO)

Kemerov vilayətinin vitse-qubernatoru diz çökərək üzr istədi (VİDEO)
Video
Hadisə 2742
64 nəfərin ticarət mərkəzində yanaraq öldüyü Kemerov vilayətinin vitse-qubernatoru Sergey Çivilev hər kəsin önündə diz çökərək üzr istədi. BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, əyalətin əsas meydanında 7 saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara səslənib. “Mən sizdən üzr istəyirəm” deyərək Çivilev gözlənilmədən diz çöküb. İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub. Nəzərinizə çatdıraq ki, 64 nəfər faciəvi şəkildə vəfat edənləri 41-i uşaqdır. Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər

Serdar Ortac Ebrunun qarşısında diz çöküb, üzr istədi (VİDEO)

Serdar Ortac Ebrunun qarşısında diz çöküb, üzr istədi (VİDEO)

4 ildən çoxdur aralarında sərin küləklər əsən iki türk müğənnisi Serdar Ortacla Ebru Gündəş məclislərin birində üz-üzə gəliblər. Ebru ilə barışmaq üçün əldən a...

2650 Şou-biznes 13:01 12 fevral 2018

Son xəbərlər