Keşlədə "Kalaşnikov"la bir nəfəri öldürüb digərini yaralayan İsmayılov təslim oldu

30
dek
2018
10:40
Daxili İşlər Nazirliyi Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb.Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gəlib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.Z.İsmayılov tutulub, silahı evdən götürülüb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda "avtoş" "Cabir-012"ni öldürən şəxs saxlanıldı - RƏSMİ MƏLUMAT
Bakıda "avtoş"u öldürən keçmiş məhkum saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Belə ki, noyabrın 17-də saat 13 radələr...
