Kəlbəcərdə traktor aşıb, sürücü xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcər rayonunda traktor aşıb, sürücü xəsarət alıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub: “Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini, 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşıb və nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı amputasiya edilib”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...